Strasburq xatirələri

Fikirlər dağınıq, yollar uzaq. Əl uzatsam, bəlkə əlim yetər. Yol çəkən gözümlə düşüncəm bir-biri ilə mübarizə aparır, təəssüf ki qalib hələlik yoxdur.Bəlkə də indiki halda yoxdur. Amma bu mücadilədə qələbə gözləntilərim düşüncəmdən yanadır. Hələlik gözləntilərim təsəlli kimi mənə bəs edər. Lakin zaman kecdikce təsəllinin də məni içdən zorladığını hiss edirəm, amma dözürəm. Çünki məqsədim var. Demək ki, məqsədim üçün bu şeyləri mütləq gözdən keçirməm lazım imiş.
Heyhat, həyatın acı bir ironiyası var. Bir şeyi qazanmaq üçün mütləq və mütləq əziyyət çəkməlisən. Heç bir zaman gözlərimdə o əziyyəti axtarmamışam. Bəlkə də axtarsaydım belə tapa bilməzdim. Amma bu şəkilə baxanda tapdım o əziyyəti. Halbuki, o əziyyət həmişə əyani olaraq məni təqib edib. Balışı qucaqlayıb düşüncələrə dalanda, gecələr həsrət dolu baxışlarla gözümü işığa zilləyib baş verən hər şeyi bir kino lenti kimi izləyəndə, gözümdən axan yaşın həyatımın hər bir saniyəsini dəqiqliklə həkk edən kino lentinin sonlanmasına səbəb olanda, həsrətli baxışlarımın hər vəchlə öncəki vatsap yazışmalarımı təqib edəndə, skypeda hər danışığımızın sonunda anamın içimi yandıran göz yaşlarını ona bildirmemek üçün layeqdsizcəsinə seyr edəndə, əslində isə skaypı bağlayandan sonra göz yaşlarıma boğulanda. Amma inaniram və səbr edirəm. Səbr edirəm ki, bunu bacaracagımı özümə sübut edim, səbr edirəm ki, hər belə əziyyətin bir şirin meyvəsi var deyən kəslərin duyduğu sevinc hissini mən də yaşaya bilim.

Strasburq  şəhəri 01.08.2015

Advertisements

Ətin qiyməti haqqında xırda para

Fransanın Strasburq şəhərinə ilk gəldiyim günü xatırlayıram. Uzun yol gəldiyimdən həddindən artıq yorğun idim. Ancaq bunu biruzə verməməyə çalışırdım. 3 dəyərli insanla oturub dərdləşməyə başladım. Nə isə başladım, nə başladım. Verdiyim suallar həmin anda mənə gülməli görünməsə də doğurdanda gülməli idi. Təbii ki yeməklə əlaqəli suallar. Nə isə birinci sualı soruşanda artıq millət özündə deyildi, hamı uğunub getmişdi gülməkdən. Çünki sualı türkün misalı elə qoymuşdum ki, növbəti sualı vermək üçün 2-3 dəqiqə gözləməli oldum. Növbəti sual isə belə idi: Fransada ətin qiyməti neçəyədir? Artıq uşaqlarda hal qalmamışdı. Uşaqlar isə cavabında a kişi nə olub vağzaldan indi düşmüsən, hələ bir gəl çat da. Nə isə o ət, bu ət həmişə ət yeməkləri ilə bağlı nəsə olsa, bunu yada salıb gülürük.

P.S Onu da qeyd edim ki, ətin qiyməti bu tərəflərdə Azərbaycanla müqayisədə eynilik təşkil edir.

Fransa haqqında düşündüklərim

Rendez-vous (görüşlər ölkəsi) ölkəsi

Qardaş bunlar bir bagette (uzun içi həddindən artıq yumşaq çörəkdir. http://en.wikipedia.org/wiki/Baguette) ilə bir günü necə yola verirlər hələ də anlaya bilmirəm.

Nə qədər desən icki belə içə bilərlər.

Dövlət tələbəyə kifayət qədər yardım etməyə calışır. (Caisse nationale des allocations familiales (qısaca CAF  https://www.caf.fr/ ), tərcümədə  Ailə müavinətlərinin (vəsaitlərinin) milli fondu deməkdir),şəhər meriyası və s.)

Əgər bizdə bəylər siqarəti cox çəkirlərsə, burda nədənsə əksini gördüm.

Cox rahat yaşayırlar.

Əylənməyi bacarırlar.

Növbə mədəniyyətinə söz yox.

Kifayət qədər insan velo (velosiped) sürür.

Dövlət insanına qiymət verir.

İşçi asanlıqla xəstələnəndə xəstəlik adı ilə evdə qala bilir. Təbii ki həkimdən arayış alınması şərtilə. Bizdə isə əksinə.

Işləyən millət deyillər.

Danışırlar sadəcə bu qədər.

Uşaq olarkən  valideynlərim məndən kim olmaq istədiyimi soruşanda mən onlara “kənddə institut müəllimi olmaq istəyirəm” cavabın vermişdim. Lakin indi də düşünən də nəyin əsasında, hansı məntiqlə kənddə institut müəllimi olmaq istədiyimi deməyim özümü də düşündürür. Halbuki, həmin vaxtlar uşaqlardan soruşanda ki, ” böyüyəndə sən nəçi olmaq istəyirsən? “, cavabında “həkim, polis,  kosmonavt”  və bu kimi peşələrin adlarını çəkirdilər. Görünür, bu mənim uşaqlığımın çox hissəsinin kənddə keçməsi ilə bağlıdır.